
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Xalq rəssamı Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib.
Qanuntv.az xəbər verir ki, Fərhad Qurban oğlu Xəlilov Azərbaycan mədəniyyətinin inkişafında göstərdiyi böyük xidmətlərə görə bu yüksək dövlət mükafatına layiq görülüb. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, Fərhad Xəlilov müasir Azərbaycan təsviri sənətinin tanınmış nümayəndələrindən biri, Azərbaycan Rəssamlar İttifaqının sədridir. O, yaradıcılığı və uzunmüddətli fəaliyyəti ilə ölkəmizin rəssamlıq sənətinin inkişafına mühüm töhfələr verib.









