
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Brüsseldə NATO baş katibinin xüsusi nümayəndəsi Kevin Hamilton ilə görüş keçirib.
Qanuntv.az xəbər verir ki, görüş zamanı Azərbaycan-NATO əməkdaşlığının hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub.
Tərəflər, həmçinin siyasi, hərbi və humanitar sahələrdə tərəfdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıblar.
Görüş Azərbaycan ilə NATO arasında əməkdaşlığın mövcud istiqamətlərinin nəzərdən keçirilməsi və gələcək tərəfdaşlıq perspektivlərinin müzakirəsi baxımından əhəmiyyət daşıyıb.





