
Oktyabrın 21-də Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Qanuntv.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Telefon danışığı zamanı dövlət başçıları dünyada enerji sahəsində yaranmış mövcud vəziyyət, qarşıda duran çağırışlar və onların aradan qaldırılması yolları ətrafında fikir mübadiləsi aparıblar.
Söhbət zamanı Şimali Makedoniya Prezidentinin Azərbaycana rəsmi səfəri məmnunluqla xatırlanıb. Həmin səfərin iki ölkə arasında dostluq və qarşılıqlı anlaşma münasibətlərinin möhkəmlənməsinə töhfə verdiyi vurğulanıb.
Dövlət başçıları Azərbaycan ilə Şimali Makedoniya arasında enerji sahəsində əməkdaşlığın davam etdirilməsi və daha da genişləndirilməsi barədə razılığa gəliblər.





