
FIFA Azərbaycanın U-15 Dünya Çempionatı və Festivalına ev sahibliyi etməyə hazır olduğunu açıqlayıb.
Qanuntv.az xəbər verir ki, FIFA-nın rəsmi “Facebook” səhifəsində yayımlanan paylaşımda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) cəmi 66 gün ərzində boş ərazidə 20 futbol meydançası inşa etdiyi bildirilib.
Paylaşımda qeyd olunub ki, turnirin təşkili ilə bağlı hazırlıq işləri başa çatıb və Azərbaycan yarışa ev sahibliyi etməyə hazırdır.






