
Laçın rayonunun Minkənd kəndi yaxınlığında dağlıq ərazidə yanğın baş verib.
QanunTV.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə ərazidə yanğın olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN əməkdaşları hadisə yerinə cəlb olunublar.
Mürəkkəb relyef və küləkli hava şəraitinə baxmayaraq, yanğın geniş əraziyə yayılmadan söndürülüb.







