
Azərbaycan məktəblərində TikTok platformasına və zərərli məzmun daşıyan 200-dən çox görüntüyə giriş məhdudlaşdırılıb.
Qanuntv.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri” mövzusunda keçirilən Ailə Forumunda çıxışı zamanı bildirib.
Nazir müavininin sözlərinə görə, məhdudlaşdırılan görüntülər arasında cinayət, narkotik vasitələr və zorakılıqla bağlı məzmunlar yer alıb.
Firudin Qurbanov vurğulayıb ki, uşaqların zərərli rəqəmsal məzmunlardan qorunması yalnız məktəblərlə məhdudlaşmamalıdır. Bu istiqamətdə ailələrin də üzərinə mühüm məsuliyyət düşür.
O qeyd edib ki, valideynlər uşaqların internetdən istifadəsinə nəzarət etməli, onların zərərli məzmunlardan və uyğun olmayan platformalardan uzaq durmasına diqqət yetirməlidirlər.





