
Prezident İlham Əliyev Gəncə Memorial Kompleksinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Qanuntv.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradılacaq.
Sənədə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə kompleksin fəaliyyətinin təmin edilməsi üçün zəruri xərclərin maliyyələşdirilməsini təşkil etmək tapşırılıb. Bu xərclər dövlət büdcəsində Mədəniyyət Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına qarşılanacaq.
Bundan başqa, Nazirlər Kabineti Sərəncamdan irəli gələn digər məsələləri də həll etməlidir.
Qeyd edək ki, Sərəncam imzalandığı gündən qüvvəyə minib.





