
Qax rayonunda azyaşlı qıza qarşı cinsi zorakılıq törətməkdə təqsirləndirilən iki nəfər barəsində məhkəmə hökmü çıxarılıb.
Qanuntv.az xəbər verir ki, iş üzrə təqsirləndirilən 2004-cü il təvəllüdlü Rəhman 6 il, 2003-cü il təvəllüdlü Tamerlan isə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Məlumata görə, zərərçəkmiş şəxs 8-ci sinif şagirdi olub. İş materiallarında hər iki şəxsin azyaşlı qızla cinsi əlaqədə olduğu bildirilib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslər barəsində müvafiq cəzalar təyin edilib.





