
Bu gün Zəngilan şəhərinin Ermənistanın işğalından azad edilməsinin altıncı ildönümüdür.
Qanuntv.az saytı xəbər verir ki, 2020-ci il oktyabrın 20-də Azərbaycan Ordusunun qəhrəmanlığı və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəngilan şəhəri işğaldan azad edilib. Bu tarixi hadisə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələlərdən biri kimi tarixə düşüb.
Zəngilanın azad olunması uzun illər doğma yurdlarından ayrı düşmüş sakinlərin qayıdış ümidlərini yenidən canlandırıb. İşğal dövründə ciddi dağıntılara məruz qalan rayonun bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlər bölgənin inkişafına, yaşayış şəraitinin yaxşılaşdırılmasına və Böyük Qayıdış prosesinin reallaşmasına xidmət edir.
Bu tarixi qələbə Azərbaycan xalqının birliyinin, dövlətimizin qətiyyətinin və ordumuzun gücünün parlaq təzahürüdür. Zəngilan uğrunda döyüşlərdə qəhrəmanlıq göstərən hərbçilərimizin, Vətən naminə canından keçən şəhidlərimizin xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq.
20 oktyabr Zəngilanın azadlıq tarixidir. Bu əlamətdar gün Azərbaycanın müasir tarixində milli qürur, qəhrəmanlıq və tarixi ədalətin təntənəsi kimi xüsusi yer tutur.





