
Tibb elmləri doktoru, professor, 1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib.
Qanuntv.az xəbər verir ki, onun vəfatının səbəbi və dəfn mərasimi ilə bağlı hələlik əlavə məlumat açıqlanmayıb.
Yavər Şıxəliyev tibb sahəsində fəaliyyəti və elmi adı ilə tanınan mütəxəssislərdən olub.
Mərhumun ailəsinə, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!





