
Azərbaycanın Xalq artisti, tanınmış rejissor və aktyor Aleksandr Yakovleviç Şarovski vəfat edib.
Sənətkarın vəfatı Azərbaycan mədəniyyətində ağır itki kimi qarşılanıb.
Birinci vitse-prezident Mehriban Əliyeva Aleksandr Şarovskinin vəfatı ilə bağlı başsağlığı verib.
“Aleksandr Yakovleviç Şarovski. Məkanın cənnət olsun, böyük Ustad!” – deyə Mehriban Əliyeva sosial şəbəkə hesabında paylaşım edib.
Aleksandr Şarovskinin Azərbaycan teatr sənətinin inkişafında mühüm xidmətləri olub.
Qanuntv.az





