
Sentyabrın 10-da Bakının Yasamal və Qaradağ rayonlarının bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.
Qanuntv.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Yasamal rayonunun M. İbrahimov, L. Tolstoy, B. Səfəroğlu, D. Əliyeva, H. Aslanov, Ə. Quliyev, İ. Səfərli və T. Xəlilbəyli küçələrində qaz təchizatı dayandırılacaq.
Həmçinin Qaradağ rayonunun Qobustan qəsəbəsində də qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
“Azəriqaz” sakinlərdən təmir işləri başa çatanadək anlayış göstərmələrini xahiş edib.





