
Sentyabrın 5-də işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli-Sarıcalı kəndləri ərazisində mina partlayışı baş verib.
Məlumata görə, Ağcabədi rayonunun Şotlanlı kənd sakini, 1972-ci il təvəllüdlü Elmdar Xan oğlu Sarıyevin minalardan təmizlənməmiş ərazidə idarə etdiyi traktor texnika əleyhinə minaya düşüb.
Partlayış nəticəsində traktor ciddi zədələnib, sürücü Elmdar Sarıyev isə xəsarət alıb.
Hadisə ilə bağlı əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.





