
Rusiya ordusunun Ukraynaya növbəti PUA hücumu zamanı Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) mərkəzi binası da zərbəyə məruz qalıb.
Qanuntv.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.
Məlumata görə, hücum zamanı Ukrayna Təhlükəsizlik Xidmətinin mərkəzi binasında qurumun rəhbəri Aleksandr Pokladın otağının hədəf alındığı bildirilib.
Kiyev meri Vitali Kliçko isə hücum nəticəsində 9 nəfərin yaralandığını açıqlayıb.
Hadisə ilə bağlı ərazidə müvafiq xidmətlərin fəaliyyəti davam etdirilir. Hücumun digər nəticələri və dəymiş ziyanın həcmi ilə bağlı məlumatların dəqiqləşdirildiyi bildirilir.





