
Ukrayna Prezidenti Volodimir Zelenski strateji məsələlər üzrə müşaviri Aleksandr Kamişini vəzifəsindən azad edib.
QanunTV.az xəbər verir ki, dövlət başçısının bununla bağlı 31 avqust tarixli sərəncamı prezidentin rəsmi saytında dərc olunub.
Sərəncamda Aleksandr Kamişinin vəzifədən azad edilməsinin səbəbləri açıqlanmayıb. Qeyd olunub ki, Kamişin prezidentin strateji məsələlər üzrə müşaviri vəzifəsində ştatdankənar əsaslarla fəaliyyət göstərib.
Aleksandr Kamişin də öz “Telegram” kanalında prezidentin strateji məsələlər üzrə müşaviri kimi fəaliyyətini başa çatdırdığını açıqlayıb.
Onun bundan sonra hansı vəzifədə çalışacağı ilə bağlı məlumat verilməyib.





