
Dövlət Məşğulluq Agentliyinin (DMA) Lənkəran-Astara Regional Məşğulluq filialında şöbə müdiri vəzifəsindən azad edilib.
Qanuntv.az xəbər verir ki, Masallı Rayon Xidmət Şöbəsinin müdiri Məcnun Cəbiyev tutduğu vəzifədən azad olunub.
Məlumata görə, bununla bağlı Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov tərəfindən əmr imzalanıb.
Məcnun Cəbiyevin vəzifədən azad edilməsinin səbəbi barədə məlumat verilməyib.





