
Qanuntv.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyində (DMA) yeni kadr təyinatları həyata keçirilib.
Məlumata görə, DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov müvafiq əmr imzalayıb.
Əmrə əsasən:
Elvin Zeynalov Agentliyin Daxili Nəzarət və Audit Departamentinin Əmək və İcra İntizamına Nəzarət şöbəsinə müdir təyin edilib.
İlham Məlikov Agentliyin Mərkəzi Monitorinq və Qiymətləndirmə filialına yeni müdir müavini təyin olunub.
Hər iki təyinat Agentliyin fəaliyyətinin səmərəliliyinin artırılması və idarəetmədə şəffaflığın təmin edilməsi məqsədilə həyata keçirilib.





