
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovun vəzifəsindən azad edilməsinin səbəbi məlum olub.
Qanuntv.az xəbər verir ki, hüquq-mühafizə orqanları bir müddət əvvəl Yardımlı rayonunda antikorrupsiya əməliyyatı keçirib.
Əməliyyat nəticəsində Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Elçin Adil oğlu Mirzəyev və baş məsləhətçi Yaşar Həsənağa oğlu Eyvazov saxlanılaraq həbs ediliblər.
Məlumata görə, onlar qanunsuz torpaq satışı ilə bağlı şübhəli bilinirlər. E.Mirzəyev və Y.Eyvazova qarşı vəzifədən sui-istifadə və korrupsiya ilə bağlı ittihamlar irəli sürülüb.
Hazırda faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi üzrə istintaq aparılır.
Məlumat Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən təsdiqlənib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qanuntv.az





