
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Bakıda Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında yaradılan “SABAH. city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib.
Qanuntv.az xəbər verir ki, dövlət başçısına innovasiya şəhərciyində görülən işlər, yaradılan infrastruktur və həyata keçirilən layihələr barədə məlumat verilib.
“SABAH. city” layihəsinin əsas məqsədi innovativ ideyaların və texnoloji layihələrin inkişafına dəstək vermək, gənclərin müasir texnologiyalar sahəsində bilik və bacarıqlarının artırılmasına, eləcə də yeni təşəbbüslərin reallaşdırılmasına imkan yaratmaqdır.
Prezident İlham Əliyev şəhərcikdə yaradılan şəraitlə tanış olub və layihənin birinci mərhələsinin açılışında iştirak edib.





