
Çin Prezidenti Si Cinpin beynəlxalq münasibətlərdə güc amilinin üstün tutulmasına qarşı çıxış edib.
Qanuntv.az xəbər verir ki, Si Cinpin bu barədə Hindistanda BRICS ölkələri və tərəfdaş dövlətlərin liderlərinin “outreach” formatında keçirilən iclasında çıxışı zamanı danışıb.
Çin lideri beynəlxalq aləmdə “kim güclüdürsə, o da haqlıdır” məntiqindən imtina edilməsinin vacibliyini vurğulayıb.
“Qaydası olmayan dünya işıqforu olmayan yolayrıcına bənzəyir: xaos və hərc-mərclik qaçılmazdır. Qərəzsizlik və ədalət insanların ümumi arzusudur. Beynəlxalq qaydalar bütün ölkələr tərəfindən birgə işlənib hazırlanmalıdır”, – deyə Si Cinpin bildirib.
O qeyd edib ki, “kim güclüdürsə, o da haqlıdır” yanaşması əsassızdır və artıq rədd edilməlidir.





