
Bakıda yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçıları üçün real təhlükə yaradan motosiklet sürücüsü saxlanılıb.
Qanuntv.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində Şamil Qasımov barəsində tədbir görülüb.
Bildirilib ki, sürücü paytaxt ərazisində yol hərəkəti qaydalarını dəfələrlə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradıb.
Ş.Qasımov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.
Məhkəmənin qərarına əsasən, sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılıb. Bundan əlavə, o, 15 gün müddətinə inzibati qaydada həbs edilib.





