
Maliyyə nazirinin müşaviri vəzifəsinə yeni təyinat olub.
Qanuntv.az xəbər verir ki, sözügedən vəzifəyə Rəşad Həsənov təyin edilib.
Qeyd edək ki, Rəşad Həsənov bu təyinata qədər Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Qrupunun İcraçı Direktorlar Şuralarında Azərbaycanın nümayəndəsi kimi fəaliyyət göstərib.
O, həmçinin daha əvvəl Maliyyə Nazirliyində İcraçı direktorun müşaviri vəzifəsində çalışıb.




