
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Əl-Casirin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüş zamanı dövlətimizin başçısının Məhəmməd Əl-Casirlə əvvəlki görüşləri məmnunluqla xatırlanıb. Qeyd olunub ki, onun Azərbaycana səfərləri tərəfdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Söhbət çərçivəsində Azərbaycan ilə İslam İnkişaf Bankı Qrupu arasında əməkdaşlığın perspektivləri və müxtəlif sahələrdə birgə layihələrin həyata keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.










