
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də bir sıra nümayəndə heyətlərini qəbul edib.
Qanuntv.az xəbər verir ki, dövlət başçısı Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi, Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərini və müşahidəçilərini qəbul edib.
Prezident İlham Əliyev, həmçinin “Yəhya Bakuvi” beynəlxalq konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.
Dövlət başçısı qəbul zamanı çıxış edib.
Görüşlərdə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın, eləcə də dini və mədəni əlaqələrin inkişafı ilə bağlı məsələlərin müzakirə edildiyi bildirilib.






