
Qusar rayonunda iki vəzifəli şəxsin tutduğu vəzifədən ayrılması ilə bağlı yeni məlumat yayılıb.
Qanuntv.az xəbər verir ki, avqustun 25-də Qusar Rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin Ərazi-təşkilat məsələləri sektorunun müdiri Eldar Hacıbalayev icra başçısı Sahir Məmmədxanovun əmri ilə vəzifəsindən azad edilib.
Məlumata görə, bundan sonra onun həyat yoldaşı, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar Mədəniyyət Sektorunun müdiri Elvira Hacıbalayeva da vəzifəsindən ayrılıb.
Bildirilir ki, Elvira Hacıbalayeva vəzifədən azad olunması ilə bağlı özü ərizə ilə müraciət edib. O, ötən gün kollektivlə vidalaşıb.
Qeyd edək ki, hər iki şəxsin vəzifədən ayrılması ilə bağlı məlumatlar yerli mediada yayılsa da, bunun səbəbləri barədə rəsmi açıqlama verilməyib.





