
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni sərəncamlar imzalayıb.
Qanuntv.az xəbər verir ki, Prezidentin imzaladığı sərəncama əsasən, Fəxri Xanhüseyn oğlu Kazımov Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
Digər sərəncamla Osman İsmayıl oğlu Xaliyev Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, İpoteka və Kredit Zəmanət Fondu əhalinin mənzil təminatının yaxşılaşdırılması, ipoteka kreditləşməsinin genişləndirilməsi və kreditlərə zəmanət mexanizmlərinin tətbiqi istiqamətində fəaliyyət göstərir. Fondun məlumatına görə, 2026-cı ilin ilk rübündə onun vəsaiti hesabına 353 ipoteka krediti üzrə ümumilikdə 29,9 milyon manat kredit verilib.





