
Rusiya xarici işlər naziri Sergey Lavrov Almaniyanı sərt şəkildə tənqid edib.
Qanuntv.az xəbər verir ki, Lavrov Qərbin Leypsiq hava limanında baş verdiyi bildirilən PUA insidenti ilə bağlı Rusiyaya qarşı səsləndirdiyi ittihamları “əsl müharibənin başlanğıcı” kimi qiymətləndirib.
Rusiya XİN rəhbəri Berlinin “yenə müharibə istədiyini” və “tarixin dərslərini öyrənmədiyini” iddia edib.
Lavrov, həmçinin hadisə ilə bağlı hər hansı araşdırma aparılmadan PUA-nın Rusiyaya məxsus olduğunun bildirilməsini tənqid edib.
Qeyd edək ki, Leypsiq hava limanında baş verdiyi bildirilən insidentlə bağlı tərəflərin açıqlamaları arasında fərqlər mövcuddur.





