
2026-cı ildə “Formula-1” Azərbaycan Qran-prisi ilə əlaqədar bəzi ümumtəhsil müəssisələrində tədris prosesi onlayn formatda təşkil olunacaq.
Qanuntv.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Bildirilib ki, yarışların keçiriləcəyi ərazilərdə yerləşən ümumtəhsil müəssisələrində tədrisin onlayn təşkil olunması nəzərdə tutulur.
Qeyd edilib ki, bununla bağlı müvafiq məktəblərin rəhbərliyi və valideynlərə ətraflı məlumat veriləcək.
Xatırladaq ki, 2026-cı il Formula-1 Azərbaycan Qran-prisinin sentyabrın 24-26-da Bakıda keçirilməsi planlaşdırılır.





