
Bu gün Bakı şəhərinin Binəqədi rayonunun Sulutəpə və Xocəsən qəsəbələrində qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, qaz xətlərində aşkar edilmiş sızmaların aradan qaldırılması ilə əlaqədar saat 10:00-dan etibarən işlər yekunlaşanadək qeyd olunan ərazilərdə təbii qazın verilişində fasilə olacaq.
Qaz təchizatının təmir-bərpa işləri başa çatdıqdan sonra mərhələli şəkildə bərpa olunması nəzərdə tutulur.
Sakinlərdən yaranacaq müvəqqəti narahatlığı nəzərə almaları xahiş olunur.





