
Lənkəran rayonunda bədbəxt hadisə ölümlə nəticələnib.
Hadisə sentyabrın 3-də rayonun Sütəmurdov kəndində qeydə alınıb.
1953-cü il təvəllüdlü kənd sakini Mirhəmid Məhəmməd oğlu İbrahimov yaşadığı evin həyətində nərdivandan yıxılıb.
Ağır xəsarətlər alan 73 yaşlı kişi hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.





