
Şəki şəhərində ikimərtəbəli hoteldə yanğın baş verib. Hadisə zamanı 5 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
QanunTV.az xəbər verir ki, hadisə avqustun 31-i saat 23 radələrində Şəki şəhəri, M. Şəhriyar küçəsində qeydə alınıb.
Məlumata görə, Telman Tofiq oğlu Məcidova məxsus ikimərtəbəli hoteldə baş verən yanğın nəticəsində birinci mərtəbədə yerləşən otaqlardan birinin yanar konstruksiyaları 15 kvadratmetr sahədə yanıb.
Yanğın zamanı tüstülənmiş otaqlardan 5 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.
Hotelin binasının qalan hissəsi yanğından mühafizə olunub.
Hadisə yerinə Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub. Yanğın qısa müddətdə nəzarətə götürülərək söndürülüb.
Faktla bağlı araşdırma aparılır.





