
Azərbaycan Basketbol Federasiyası qadınlardan ibarət əsas milli komandanın baş məşqçisi Evren Alkaya ilə əməkdaşlığı dayandırıb.
Federasiyanın yaydığı məlumata görə, Türkiyəli mütəxəssislə müqaviləyə tərəflərin qarşılıqlı razılığı əsasında xitam verilib.
Evren Alkaya 2022-ci ildən Azərbaycan Basketbol Federasiyasında fəaliyyət göstərib. Bu müddət ərzində o, qadınlardan ibarət əsas milli komanda ilə yanaşı, U-16, U-18 və U-20 qızlardan ibarət milli komandaların da baş məşqçisi olub.
Alkaya baş məşqçi kimi 70-dən çox rəsmi FIBA oyununda Azərbaycan yığmalarına rəhbərlik edib.
Türkiyəli mütəxəssisin rəhbərliyi dövründə U-16 qızlardan ibarət Azərbaycan millisi 2023 və 2024-cü illərdə Avropa çempionatının C divizionunda iki dəfə çempionluq əldə edib. U-18 yığması isə 2024-cü ildə həmin divizionda gümüş medal qazanıb.
Beləliklə, Azərbaycan Basketbol Federasiyası ilə Evren Alkayanın əməkdaşlığı başa çatıb.





