
Azərbaycanda zəlzələ baş verib.
Qanuntv.az xəbər verir ki, yerli vaxtla saat 03:39-da Şamaxı rayonunda 3,9 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Bildirilib ki, zəlzələ Pirqulu stansiyasından 23 kilometr cənub-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 14 kilometr dərinlikdə yerləşib.
Təbiət hadisəsi əhali tərəfindən hiss olunmayıb.





