
Şamaxı rayonunda zəlzələ baş verib.
Qanuntv.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların ocağı 12 kilometr dərinlikdə yerləşib.
Bildirilib ki, zəlzələ əhali tərəfindən hiss olunmayıb.
Hadisə ilə bağlı hər hansı dağıntı və ya tələfat barədə məlumat verilməyib.





