
Xəzər dənizində 3.2 maqnitudalı zəlzələ baş verib.
Qanuntv.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 09:57-də qeydə alınıb. Zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib.
Hadisə ilə bağlı hər hansı dağıntı və ya xəsarət barədə məlumat verilməyib.





