
Xəzər dənizində zəlzələ baş verib.
Qanuntv.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi-nin məlumatına əsasən, 08 aprel 2026-cı il tarixində saat 13:05-də Lənkəran şəhərindən təxminən 50 km şərqdə, Xəzər dənizi ərazisində 70 km dərinlikdə 5.3 maqnitudalı zəlzələ qeydə alınıb.
Bildirilib ki, yeraltı təkan ölkənin cənub rayonlarında 4-3 bal gücündə hiss olunub. İlkin məlumata görə, hadisə nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti qeydə alınmayıb.
Məlumata görə, daha sonra Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən bölgədə əlavə təkanlar da qeydə alınıb. Belə ki, 3.2 maqnitudalı (20 km dərinlikdə) və 3 maqnitudalı (21 km dərinlikdə) iki zəif zəlzələ baş verib.
Eyni zamanda, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi də zəlzələ ilə bağlı məlumat yayıb. Qeyd olunub ki, təkanlar xüsusilə Lənkəran və Astara rayonlarında daha çox hiss edilib.
Hazırda vəziyyət nəzarət altındadır və aidiyyəti qurumlar tərəfindən monitorinq davam etdirilir.





