
Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtobusun vurduğu 4 yaşlı uşaq hadisə yerində həyatını itirib.
QanunTV.az xəbər verir ki, bu barədə “Report” məlumat yayıb.
Hadisə şəhərin Yaşıldərə yaşayış massivində qeydə alınıb.
Məlumata görə, 2022-ci il təvəllüdlü Turan Həsənlini avtobus vurub. Ağır xəsarətlər alan azyaşlı hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.





