
Azərbaycanda cari ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 22 130 nikah və 11 678 boşanma halı qeydə alınıb.
Qanuntv.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yanvar-avqust aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrində məlumat verilib.
Bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə düşən nikahların sayı 4,6-dan 3,7-yə qədər azalıb.
Boşanmaların sayı isə dəyişməyərək əhalinin hər 1 000 nəfərinə 2 səviyyəsində qalıb.




