
Yevlaxda 1935-ci il təvəllüdlü qadın yaşayış binasının 4-cü mərtəbəsindən yıxılaraq həyatını itirib.
Qanuntv.az xəbər verir ki, Kəlbəcər rayon sakini Qərənfil Məmmədova ağır vəziyyətdə Yevlax Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunublar.
Məlumata görə, vəfat edən Qərənfil Məmmədova Birinci Qarabağ müharibəsində şəhid olan Yunis Məmmədovun həyat yoldaşı olub.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma başlanılıb.





