
2027-ci ildə Azərbaycanda müdafiə və təhlükəsizlik xərclərinin 8 milyard 816,4 milyon manat olması nəzərdə tutulur.
Qanuntv.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2027-ci ilin ilkin büdcə göstəricilərinə dair məlumatında qeyd olunub.
Bildirilib ki, nəzərdə tutulan məbləğ 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 1,1 faiz çoxdur.





