
Lənkəranın Kərgəlan kəndində gənclər arasında baş verən mübahisə ağır xəsarətlə nəticələnib.
Qanuntv.az xəbər verir ki, hadisə kənd sakini, 2010-cu il təvəllüdlü Emil İbadovun tanışları ilə mübahisə etməsi zamanı baş verib. Mübahisə zamanı yeniyetmə döyülüb və ağır xəsarət alıb.
E.İbadov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona kəllədaxili travma diaqnozu qoyulub. Yeniyetmə reanimasiya şöbəsinə yerləşdirilib və süni tənəffüs aparatına qoşulub.
Baku TV-yə açıqlamasında zərərçəkənin əmisi Emil İbadovun vəziyyətinin ağır olduğunu bildirib. Onun sözlərinə görə, ailəyə yeniyetmənin döyüldüyü və reanimasiyada olduğu barədə məlumat verilib. Həkimlər tərəfindən ona süni nəfəs verilib.
Hadisəni törətməkdə şübhəli bilinən İ.B. polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.





