
Uzun illər Azərbaycan Radiosunda fəaliyyət göstərmiş Əməkdar artist, tanınmış diktor Sevda Məmmədzadə 95 yaşında vəfat edib.
QanunTV.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.
Qeyd edək ki, Sevda Məmmədzadə sentyabrın 1-də koma vəziyyətində reanimasiyaya yerləşdirilmişdi.
Azərbaycan radiosunun tanınmış simalarından olan Sevda Məmmədzadə uzun illər ərzində fəaliyyəti ilə milli radio jurnalistikasının və diktorluq sənətinin inkişafına töhfə verib.





