
Bakıda ictimai nəqliyyatın hərəkətini yaxşılaşdırmaq məqsədilə daha iki küçədə avtobuslar üçün xüsusi hərəkət zolaqları təşkil olunur.
QanunTV.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, metro xətlərinin ayrılması layihəsi çərçivəsində artan sərnişin tələbatı nəzərə alınaraq, avtobuslarla sərnişinlərin rahat, maneəsiz və vaxt itkisinə məruz qalmadan daşınmasını təmin etmək məqsədilə Mirzəağa Əliyev və Abdulla Şaiq küçələrində xüsusi hərəkət zolaqları yaradılır.
Məlumata görə, hər iki küçənin müvafiq yol sahəsində zolaqların eni standartlara uyğunlaşdırılaraq avtobuslar üçün əlavə hərəkət zolağı təşkil edilib.
Hazırda həmin küçələrdə nişanlanma xətlərinin çəkilməsi işləri aparılır. Müvafiq yol nişanları quraşdırıldıqdan sonra xüsusi hərəkət zolaqları qüvvəyə minəcək.




