
Ağdam rayonunda kəhriz quyusundan kişi meyiti aşkarlanıb.
QanunTV.az xəbər verir ki, hadisə rayonun Şelli kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, quyudan tapılan meyitin Bərdə rayon sakini, Ağdamda mühafizəçi işləyən Müşfiq Hacıyevə məxsus olduğu bildirilir.
Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil. Ölümün səbəbi və hadisənin təfərrüatları barədə əlavə məlumat verilməyib.
Faktla bağlı müvafiq araşdırmanın aparılıb-aparılmadığı barədə hələlik ətraflı məlumat yoxdur.





