
Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Astara rayonunun Əzərüd kəndində Milli Qəhrəman Pəncəli Teymurovun ailəsini ziyarət edib.
QanunTV.az xəbər verir ki, Anar Ələkbərov bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd edək ki, Anar Ələkbərov Pəncəli Teymurovun qardaşı Elbrus Teymurovun oğlu üçün təşkil etdiyi toy mərasimində də iştirak edib. O, məclisdə milli qəhrəmanın ailə üzvləri ilə birlikdə rəqs edib.













