
Prezident İlham Əliyev Azərbaycanın tanınmış futbolçusu, keçmiş futbolçu İsgəndər Cavadovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
QanunTV.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə İsgəndər Cavad oğlu Cavadov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Qeyd edək ki, Azərbaycan futbolunun tanınmış simalarından olan İsgəndər Cavadovun sentyabrın 20-də 70 yaşı tamam olur.





