
Rusiyanın Tomsk vilayətinin Kolpaşevo rayonunda ayı hücumu nəticəsində iki nəfər həyatını itirib.
Qanuntv.az xəbər verir ki, hadisə meşəlik ərazidə baş verib. 44 yaşlı kişi itkin düşən inəyini axtarmaq üçün meşəyə gedib, lakin geri qayıtmayıb. Onun axtarışına çıxan 46 yaşlı kənd sakini də itkin düşüb.
Sentyabrın 20-də hər iki şəxsin meyiti meşədə aşkarlanıb.
Məlumata görə, hücum edən ayı zərərsizləşdirilib. Hadisə ilə bağlı araşdırma aparılır.





