
Sentyabrın 20-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb.
Qanuntv.az xəbər verir ki, səfər çərçivəsində Ceyhun Bayramovun BMT Baş Assambleyasının 81-ci sessiyasında, eləcə də bir sıra digər beynəlxalq tədbirlərdə çıxış etməsi nəzərdə tutulur.
Bununla yanaşı, sessiyanın yüksəksəviyyəli həftəsi çərçivəsində nazirin xarici dövlətlərin rəsmiləri və beynəlxalq təşkilatların rəhbərləri ilə ikitərəfli görüşləri planlaşdırılır.





