
Bakının Binəqədi rayonunda aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.
Bu gün saat 20:00-dan etibarən Moskva prospektinin kənar yolunun Biləcəri enişi hissəsi nəqliyyat vasitələrinin hərəkəti üçün tam bağlanacaq.
Məlumata görə, məhdudiyyət yolun həmin hissəsində aparılan təmir işləri ilə əlaqədardır.
Sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət təmir işləri başa çatanadək davam edəcək.
Sürücülərə hərəkət istiqamətlərini əvvəlcədən planlaşdırmaları, mümkün olduğu halda alternativ yollardan istifadə etmələri tövsiyə olunur.





