
Ermənistanda “Hökumətin strukturu və fəaliyyəti haqqında” qanuna edilmiş dəyişiklik sentyabrın 1-dən qüvvəyə minib.
Qanuntv.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, yeni qanunvericiliyə əsasən, ölkənin Xarici İşlər Nazirliyinin adı dəyişdirilib.
Belə ki, qurum bundan sonra Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyi adlandırılacaq.
Dəyişikliyin Ermənistan hökumətinin xarici iqtisadi əlaqələrin və beynəlxalq ticarət istiqamətinin idarə olunmasına dair səlahiyyətlərinin genişləndirilməsi çərçivəsində həyata keçirildiyi bildirilir.




